İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlandı

Dünya

27 Noyabr 2026 17:41 53


İspaniyanın El-Yerro adasındakı La-Restinqadan təxminən 62 kilometr cənubda kiçik qayığın göyərtəsində 10 miqrantın meyiti aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dəniz Xilasetmə Xidmətinə istinadən İspaniya mediası məlumat yayıb.

Bundan əlavə, digər altı miqrant helikopterlə xəstəxanaya çatdırılıb. Online shopping Azərbaycan

Bu gün La-Restinqa limanına yan alan ilk qayıqda 111 nəfər, o cümlədən 4 qadın və 12 yetkinlik yaşına çatmayan şəxs olub. Seneqal, Qambiya və Qvineya-Konakridən olan miqrantlar Dakardan gəliblər.

Eyni zamanda, xidmətin məlumatına görə, Qran-Kanariya sahilinə 49 miqrant çıxarılıb. Miqrantlar şişmə qayıqla hərəkət ediblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!