“Facebook”da fəaliyyət göstərən “Plant Azerbaijan” səhifəsinin paylaşımı etiraz doğurub.
“Yeni Sabah” xəbər verir ki, bitkiçilik və aqronomiya sahəsində maarifləndirici kontentlər hazırlayan səhifə hava proqnozu ilə bağlı dərc etdiyi paylaşımda Azərbaycan xəritəsində həm hüquqi, həm də faktiki olaraq ləğv edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni qeyd edib.
Sözügedən səhifəsinin paylaşımı bir sıra yerli istifadəçilər tərəfindən etirazla qarşılanıb. Marqarita pizza
Xatırladaq ki, 26 noyabr 1991-ci il tarixli, № 279-XII Qanun ilə Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Həmin qanunla 1923-cü ildə yaradılmış muxtar vilayətin hüquqi əsası qüvvədən salınıb, Xankəndi, Ağdərə və Xocavənd kimi tarixi adlar bərpa olunub, Əsgəran və Hadrut rayonları ləğv edilərək Xocalı rayonu yaradılıb və yeni inzibati bölgü müəyyənləşdirilib.
44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə isə 7 iyul 2021-ci il tarixli Prezident Fərmanı ilə ölkənin iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.
Nazim Hacıyev
Telegram kanalımız