TƏCİLİ! TƏBİB-in yeni rəhbəri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! TƏBİB-in yeni rəhbəri məlum oldu

Siyasət

27 Oktyabr 2026 19:06 605


TƏBİB-in İcraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.

"Yeni Sabah" xəbər verir ki, Bahadur Rzayev bu gündən TƏBİB-in İcraçı direktorunun səlahiyyətlərini icra etməyə başlayıb.

Qeyd edək ki, Bahadur Rzayev daha əvvəl TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib. Dominos pizza

"Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsil alıb və proqram birincisi olub.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.

Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib.

Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!