Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, Zaqatala şəhər sakini, 39 yaşlı İlham Nəriman oğlu Mirzəyev Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşürmüş.
İ.Mirzəyev döyüşlər zamanı yaralanaraq həlak olub. pizza
Onun nəşi oktyabrın 24-də Zaqatalaya gətirilib və dəfn olunub.
İ.Mirzəyev evli olub və iki övladı var.
Telegram kanalımız