Yaşar Gülərdən Azərbaycanla bağlı   MÜHÜM MESAJ

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Gülərdən Azərbaycanla bağlı MÜHÜM MESAJ

Siyasət

27 Oktyabr 2026 20:56 100


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Y. Gülər Türkiyənin dəyişən geosiyasi şəraitdə təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və beynəlxalq sülhə töhfə vermək üçün güclü, müasir və çəkindirici hərbi qüvvələrə malik olmasının vacibliyini vurğulayıb. pizza hut

Gülər bildirib ki, Türkiyə Şimali Kipr başda olmaqla, Azərbaycan və digər qardaş ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirir.

Nazir qeyd edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişi birgə müdafiə, çəkindiricilik və hərbi koordinasiya əsasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Gülərin sözlərinə görə, ötən həftə Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanan Bədr Anlaşma Memorandumu isə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafını, texniki hərbi təlimlərin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə istehsal və texnologiyaların inkişafını, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin gücləndirilməsini hədəfləyir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!