Almaniyada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. 77 illik respublika tarixində indiyədək bütün prezidentlər kişi olub. İndi isə bu ənənənin dəyişməsi və ölkənin ilk qadın prezidentinin seçilməsi ehtimalı müzakirə edilir.
“Yeni Sabah” xəbər verir ki, hazırkı prezident Frank-Valter Ştaynmayer 18 mart 2027-ci ildə vəzifəsini təhvil verəcək. Konstitusiyaya görə, o, üçüncü dəfə namizəd ola bilməz. Yeni prezidentin seçilməsi üçün Federal Konqres 30 yanvar 2027-ci ildə toplanacaq.
Qadın namizəd məsələsi gündəmdədir Sezar pizza
Almaniyanın Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası ölkənin növbəti prezidentinin qadın olmasını dəstəkləyir. Bu partiyaların nümayəndələri 77 illik ənənənin dəyişməsinin vaxtının çatdığını bildirirlər.
Konstitusiya Məhkəməsinin keçmiş hakimi Udo di Fabio və hazırkı sədri Ştefan Harbart da mümkün namizədlər arasında göstərilir.
Prezidentin taleyini kim müəyyən edəcək?
Almaniyada prezident birbaşa xalq tərəfindən seçilmir. Dövlət başçısını Federal Konqres adlanan xüsusi qurum müəyyən edir. Qurum 1260 üzvdən ibarətdir. Onların 630-u Bundestaqın deputatları, digər 630-u isə əyalət parlamentlərinin seçdiyi nümayəndələrdir. Bu nümayəndələr arasında siyasətçilərlə yanaşı, sənətçilər, idmançılar və alimlər də ola bilər.
İlk iki səsvermə turunda prezident seçilmək üçün ən azı 631 səs toplamaq lazımdır. Bu baş verməsə, üçüncü tur keçirilir və ən çox səs alan namizəd qalib elan olunur.
Diqqətlər noyabrın 9-da keçiriləcək CDU rəhbərliyinin toplantısına yönəlib. Partiyanın hansı namizədi dəstəkləyəcəyi hələ dəqiq deyil. Almaniyada prezident beş il müddətinə seçilir və eyni şəxs ardıcıl olaraq ən çox iki dəfə bu vəzifəni tuta bilər.
2027-ci il seçkilərində qadın namizəd qalib gəlsə, Almaniyanın 77 illik tarixində ilk dəfə dövlət başçısı vəzifəsinə qadın gələcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız