Güllünün qızı barədə yeni şikayət - Keçmiş nişanlısı görüntüləri təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Güllünün qızı barədə yeni şikayət - Keçmiş nişanlısı görüntüləri təqdim etdi

Şou

27 Oktyabr 2026 22:16 97


Türkiyədə müğənni Güllünün ölümü ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzası alan Tuğyan Ülkem Gülter bu dəfə xəstəxanadakı fəaliyyəti ilə bağlı iddialarla gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Gülterin keçmiş nişanlısı Kervan Eminoğlu onun tibb bacısı işlədiyi dövrdə xəstələrlə pis rəftar etdiyini iddia edərək prokurorluğa şikayət edib. O, bununla bağlı bəzi görüntüləri də istintaq orqanlarına təqdim etdiyini bildirib. İddialara əsasən, Gülterin Yalovada özəl xəstəxanada işlədiyi müddətdə reanimasiya şöbəsində müalicə alan xəstələrin yanında dostu ilə halay çəkdiyi görüntülər də var. Eminoğlu xəstələrin vəziyyətinə lazımi diqqət göstərilmədiyini irəli sürüb.

Keçmiş nişanlının səsləndirdiyi digər iddia isə gecə saatlarında səs-küy salan xəstələrə yatmaları üçün iynə vurulması ilə bağlıdır. O, Gülterin öz rahatlığını təmin etmək məqsədilə belə addımlar atdığını və daha sonra siqaret çəkmək üçün aşağı düşdüyünü iddia edib. pizza sifarişi

Bundan başqa, Gülterin xəstəxananın təmizlik işçilərinə xəstələrin üzərində ürək masajı etməyi öyrətdiyi, reanimasiyada vəfat edən bəzi şəxslərin ölüm saatlarının isə sənədlərdə fərqli göstərildiyi irəli sürülüb. Türkiyə mətbuatında yayılan məlumatlarda onun bəzi xəstələrə ürək masajı edirmiş kimi davranaraq lağ etdiyi də iddia olunur. Sözügedən məlumatlar və görüntülərlə bağlı araşdırmanın nəticələri hələ açıqlanmayıb. İddiaların doğruluğu səlahiyyətli orqanların araşdırmasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, Güllü adı ilə tanınan Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı aparılan istintaqdan sonra onun qızı Tuğyan Ülkem Gülter anasını qəsdən öldürməkdə təqsirləndirilib.

Oktyabrın 9-da Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi Gülteri  qəsdən adam öldürmə cinayətinə görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!