Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

Avto

27 Oktyabr 2026 18:27 463


Dünyada cəmi 252 ədəd istehsal olunacaq xüsusi avtomobil güclü mühərriki və lüks dizaynı ilə diqqət çəkib. Məhdud sayda satışa çıxarılacaq modelin qiyməti də bəlli olub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, avtomobil sektorunun qədim brendlərindən biri olan Cadillac, quruluşunun 125 illiyini xüsusi SUV modeli ilə qeyd edir. 2027 Escalade-V 125th Anniversary Collector’s Series (125-ci İl Kolleksiyaçı Seriyası) məhdud sayda istehsalı, karbon lif təfərrüatları və yüksək performansı ilə diqqət çəkib.

ABŞ və Kanada bazarlarında satışa çıxarılacaq xüsusi seriya cəmi 252 ədəd istehsal olunacaq. Alıcılara mat gecə daşı və üç qatlı ağ olmaqla iki fərqli xarici rəng seçimi təqdim olunur. Müştərilər, həmçinin şassi və seriya nömrələrini seçə bilirlər. Sezar pizza

Modelin xarici dizaynında 24 düymlük disklər, mavi əyləc suppurtları və karbon lif hissələr ön plana çıxır. Salon hissəsində isə qara və boz çalarlara Santorini mavisi tikişlər və təhlükəsizlik kəmərləri müşayiət edir. Xüsusi ayaqaltılar, qapı kandar lövhələri və kolleksiya seriyasına xas digər detallar da dizaynı tamamlayır.

Xüsusi seriyada mühərrik performansında heç bir dəyişiklik edilməyib. Avtomobildə 6.2 litrlik superçarjlı V8 mühərriki fəaliyyət göstərir. 683 at gücü və 885 Nm fırlanma anı (tork) istehsal edən mühərrik böyük SUV-nin 0-dan 100 km/saat sürətə 4.3 saniyədə çatmasını təmin edir.

“Cadillac Escalade-V 125th Anniversary Collector’s Series” modelinin başlanğıc qiyməti 239 min dollar olaraq müəyyənləşdirilib. Bu rəqəm standart 2027 Escalade-V modeli ilə müqayisədə təxminən 66 min 805 dollarlıq qiymət fərqinə bərabərdir.

Məhdud istehsal sayı və xüsusi dizayn detalları ilə seçilən model brendin 125 illik keçmişini performans yönümlü lüks anlayışı ilə birləşdirir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!