Ərdoğandan SƏRT MESAJ – Azərbaycanın “qara siyahı”sındakı şəxsləri nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan SƏRT MESAJ – Azərbaycanın “qara siyahı”sındakı şəxsləri nə gözləyir?

Siyasət

27 Oktyabr 2026 20:25 444


Ərdoğanın “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kontekstində diqqət çəkir. 

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib. 

O xatıraldıb ki, Türkiyə lideri bu sözləri TDT-nin Ankarada keçiriləcək Zirvə toplantısı haqda danışarkən bildirib.  pizza hut

“Ərdoğan qeyd edib ki, “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”. Lakin Ərdoğanın sözlərini həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdlərinə mesaj olaraq qəbul edə bilərik. Bu mesajın Türkiyədə Azərbaycana qarşı hücumların aktivləşməsində katalizator rolunu oynayan Oktay Saralın istefaya göndərilməsinin ardından verilməsi də diqqətdən yayınmır.

Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Değişim” hərəkatının İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırım saxlanılıb, digəri - səfirliyimizin qarşısındakı aksiyada iştirak edın Fatih Erşahin ifadəsi alınması üçün polisə çağırılıb. “Qara siyahıya” salınan digərlərinin də Azərbaycana qarşı fəaliyyətə görə cavab verəcəyi gözləniləndir” – Asif Nərimanlı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!