“Sülh körpüsü” təşəbbüsü çərçivəsində noyabrın 26-27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli dəyirmi masa müzakirəsi keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri əhatə edəcək.
Bundan başqa, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları, habelə humanitar məsələlər və s. müzakirə olunacaq. Bakıda online alış-veriş
Telegram kanalımız