İsraildə azanın ləğvi təşəbbüsü: Nazir parlamentdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

İsraildə azanın ləğvi təşəbbüsü: Nazir parlamentdən qovuldu

Dünya

26 Noyabr 2026 11:14 67


İsraildə məscidlərdə azan səsinin susdurulmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilməyib.

“Yeni Sabah” Times of Israel-ə istinadla xəbər verir ki, səsvermədən əvvəl fələstinəsilli deputatları təhqir edən ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir iclas zalından çıxarılıb.

Təşəbbüs ifrat sağçı “Yəhudi Gücü” Partiyasından gəlib. Layihənin əleyhinə 63, lehinə isə 45 deputat səs verib. Onlayn mağaza

Hökuməti formalaşdırmaq səlahiyyəti verilən “Yashar” Partiyasının lideri Qadi Ayzenkot da qanun layihəsinin əleyhinə səs verib. Son illərdə oxşar təşəbbüslərə qarşı çıxan ultraortodoksal (haredi) deputatların isə böyük əksəriyyəti səsvermədə iştirak etməyib. 

Qanun layihəsini təqdim edən partiyanın lideri, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinəsilli deputatlara müraciət edərək “Rədd olun, ailələriniz də rədd olub getsin, terror tərəfdarları, rədd olun”, - deyə qışqırıb. O, müxalifət blokunda təmsil olunan “Beyahad” Partiyasının deputatı Eytan Ginzburqu da “axmaq” adlandırıb. Bundan sonra nazirin parlamentin iclas zalından çıxarılmasına qərar verilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!