Azərbaycan və Dominikan protokol imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Dominikan protokol imzaladı

İqtisadiyyat

02 İyul 2026 18:08 71


Azərbaycan və Dominikan Respublikası arasında ÜTT çərçivəsində ikitərəfli protokol imzalanıb.

“Yeni Sabah” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar davam etdirilir. Danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokolların imzalanması prosesi uğurla həyata keçirilir.

Bu istiqamətdə növbəti addım olaraq, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Dominikan Respublikası ilə mallar üzrə aparılan ikitərəfli danışıqların yekunlaşdırılmasına dair protokol imzalanmışdır. Toyuqlu pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!