Azərbaycanda 1 nəfər COVID-dən öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 1 nəfər COVID-dən öldü

Sosial

13 İyul 2023 16:46 657


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb. pizza hut

COVID-19-a yoluxanlardan sağalan olmayıb, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 972 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 16 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 870, bu günə qədər isə ümumilikdə 7 653 658 test icra olunub.

Ölkədə son sutka ərzində 49 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 963 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!