Azərbaycanda 22 dərəcə şaxta olacaq -   Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 22 dərəcə şaxta olacaq - Sabahın havası

Sosial

10 Yanvar 2023 13:44 66234


Bakıda və Abşeron yarımadasında yanvarın 11-də bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb .

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Dominos pizza

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!