Azərbaycanda alim 54 yaşında vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda alim 54 yaşında vəfat etdi - FOTO

Hadisə

26 May 2026 09:48 213


Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Əyyubov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

İ.Əyyubov mayın 19-da insult keçirib və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin apardığı müalicə heç bir nəticə verməyib. O, 54 yaşında dünyasını dəyişib. Dominos pizza

İş yoldaşlarının sözlərinə görə, əvvəllər alimin hansısa ciddi xəstəliyi olmayıb. Aktiv həyat tərzi sürən İ.Əyyubov mütəmadi idmanla məşğul olurmuş.

Qeyd edək ki, İlqar Hacı oğlu Əyyubov 1972-ci ildə Bakı şəhərində anadan olub. O, fəaliyyəti dövründə yüksək peşəkarlığı, zəngin biliyi və gənc tədqiqatçıların yetişdirilməsindəki xidmətləri ilə həmkarlarının və elmi ictimaiyyətin hörmətini qazanıb.

Allah rəhmət eləsin!

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!