Azərbaycanda bu rüsum ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu rüsum ləğv edildi

Sosial

26 Dekabr 2023 14:11 2955


Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edənlər rüsumdan azad edilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar. Toyuqlu pizza

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!