Azərbaycanda COVID: 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID: 2 nəfər öldü

Sosial

11 İyul 2023 16:45 452


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb. Dördpendirli pizza

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 965 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 666 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 756, bu günə qədər isə ümumilikdə 7 652 018 test icra olunub.

Ölkədə son sutka ərzində 26 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 860 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!