Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada infeksiyaya 48 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 82 nəfər isə sağalıb, 3 nəfər ölüb. Marqarita pizza
İndiyədək ölkədə ümumilikdə 831 041 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 399 nəfər müalicə olunaraq sağalıb, hazırda 422 aktiv xəstə var. Bu günə qədər 10 220 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 002, bu günə qədər isə ümumilikdə 7 580 828 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 140 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 958 954 olub.
Telegram kanalımız