Azərbaycanda COVID: 3 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID: 3 nəfər vəfat etdi

Sosial

18 Aprel 2023 12:12 546


Azərbaycanda koronavirusa 62 yeni yoluxma qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Dördpendirli pizza

Ölkədə indiyədək ümumilikdə 830 918 nəfər koronavirusa yoluxub. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 485 nəfərdir.

Son sutkada 1 321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.

Ölkədə son sutka ərzində 170 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 958 634 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!