Azərbaycanda daha 26 nəfər koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 26 nəfər koronavirusa yoluxdu

Sosial

01 Yanvar 2023 16:48 712


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 946 nəfər müalicə olunaraq sağalıb, hazırda 473 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib. pizza sifarişi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 365, bu günə qədər isə ümumilikdə 7 432 124 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!