Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü

Sosial

08 Yanvar 2023 18:25 625


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir. pizza mizza

Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 443 931 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!