Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

Sosial

07 Yanvar 2023 17:11 628


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, 10 017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir. pizza sifarişi

Ölkədə son sutka ərzində 2 459, hazırkı dövrədək isə 7 441 759 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!