Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

Sosial

04 May 2023 21:07 622


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 22 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 71 nəfər isə sağalıb, 4 nəfər ölüb. Marqarita pizza

İndiyədək ölkədə ümumilikdə 831 482 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 024 nəfər müalicə olunaraq sağalıb, hazırda 204 aktiv xəstə var. Bu günə qədər 10 254 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1006, bu günə qədər isə ümumilikdə 7 594 650 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!