Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - Foto

Sosial

16 Aprel 2023 20:05 656


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. pizza sifarişi

Azərbaycanda indiyədək ümumilikdə 830 846 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 153 nəfər müalicə olunaraq sağalıb, 10 213 nəfər vəfat edib, aktiv xəstə sayı 480 nəfərdir.

Ölkədə son sutka ərzində 838, hazırkı dövrədək isə 7 576 355 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!