Azərbaycanda həkimlərin maaşları artırılır - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həkimlərin maaşları artırılır - RƏSMİ

Sosial

02 Sentyabr 2026 11:24 532


TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılır.

"Yeni Sabah" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov açıqlayıb. Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və 72 212 tibb işçisini əhatə edəcək.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.  pizza sifarişi

Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək.

Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq. Bu, 950 manat və ya 66 faiz artım deməkdir.

Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata yüksələcək. Bu ixtisas üzrə artım 800 manat və ya 55 faiz təşkil edəcək.

Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata çatdırılacaq.

Bu ixtisaslar üzrə həkimlərin əməkhaqqında artım 700 manat və ya 48 faiz təşkil edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!