“Möhtəşəm yüz il”in Mihrimah Sultanından illər sonra gələn etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Möhtəşəm yüz il”in Mihrimah Sultanından illər sonra gələn etiraf

Şou

22 Oktyabr 2026 16:59 87


“Möhtəşəm yüz il” serialında Mihrimah Sultan obrazını canlandıran aktrisa Pelin Karahan illər əvvəl bu rola necə razılıq verdiyini danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, əvvəlcə “Kavak yelleri” serialında canlandırdığı Aslı obrazı ilə tanınıb. Daha sonra “Möhtəşəm yüz il” serialında Mihrimah Sultan rolunu oynayaraq daha da məşhurlaşıb.

P.Karahan bildirib ki, ilk evliliyi zamanı əri aktrisalıqla məşğul olmasını istəməyib. Buna görə də Mihrimah Sultan təklifini əvvəlcə qəbul etməyib. Lakin sonradan fikrini dəyişərək işləməyə qərar verib. Aktrisa bu addımı öz ayaqları üstündə durmaq, maddi cəhətdən müstəqil olmaq, anasına və bacısına dəstək vermək üçün atdığını deyib. pizza sifarişi

Aktrisa serialın ikinci mövsümündə boşanmaq qərarı verdiyini bildirib. Həmin vaxt öz işinin və qazancının olmasının onun üçün böyük əhəmiyyət daşıyıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!