Bakıda duşu bəyənməyən almanlar: Matteus bizim tərəfi tutdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda duşu bəyənməyən almanlar: Matteus bizim tərəfi tutdu

İdman

22 Oktyabr 2026 16:51 107


Almaniyanın əfsanəvi futbolçusu Lotar Matteus "Borussiya"nın Bakıda duşdan imtina etməsinə bildirib.

 “Yeni Sabah” Bild-ə istinadla xəbər verir ki, o, Bakı Olimpiya Stadionunun müasir tələblərə tam cavab verdiyini vurğulayıb.

L.Matteus "Borussiya" oyunçularının matçdan dərhal sonra avtobusa minməsini bərpa prosesi ilə izah edib. O qeyd edib ki, yəqin, futbolçular Bakı ilə saat fərqini nəzərə alaraq vaxta qənaət etmək istəyiblər. Matteus hətta zarafatla əlavə edib ki, bu addım dortmundlu futbolçuların saç düzümünə uzun vaxt ayırması ilə bağlıdır. pizza

Futbol əfsanəsi Dortmund təmsilçisinin bu qərarında heç bir qəbahət görməyib:

"Şəxsən mən “Borussiya”nın oyundan sonra stadionda deyil, oteldə duş qəbul etmək qərarında heç bir problem görmürəm. Amma bunu ictimaiyyətə düzgün izah etmək lazımdır. O zaman indi belə söz-söhbətlər də yaranmazdı".

Xatırladaq ki, "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra Dortmund klubunun idman direktoru Ole Buk arena duşlarının "dəbdəbəli görünmədiyini", baş məşqçi Niko Kovaç isə oyunçulara oteli tövsiyə etdiklərini bildirmişdi. Lakin "Sabah"ın futbolçusu Coy-Lens Mikels Azərbaycan təmsilçisinin həmin duşlardan sorunsuz istifadə etdiyini diqqətə çatdırmışdı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!