Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz: Rəqəm açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz: Rəqəm açıqlandı

İqtisadiyyat

29 Oktyabr 2026 10:10 201


Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində dəyişməz saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, qərar qəbul olunarkən inflyasiya göstericiləri, risklər balansı, valyuta bazarındakı vəziyyət və qlobal monetar şərait qiymətləndirilib.

Sentyabr ayında 12 aylıq inflyasiya 5.5% təşkil edib ki, bu da avqust göstəricisindən 0.2 faiz bəndi aşağıdır. Ən çox qiymət artımı qida və tütün məhsullarında (6.9%) və ödənişli xidmətlərdə (5.1%) qeydə alınıb. AMB-nin yenilənmiş baza ssenarisinə əsasən, illik inflyasiyanın həm 2026-cı, həm də 2027-ci ilin sonunda 5.9% olacağı proqnozlaşdırılır. Toyuqlu pizza

Cari ilin 9 ayında mübadilə məntəqələrində nağd xarici valyutanın alışı satışını 759 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 25.7%-ə enib. Təklifin kəskin artması fonunda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard dollara yüksəlib.

Yanvar-sentyabr aylarında xarici ticarətdə 10.5 milyard dollar müsbət saldo yaranıb. Pul baratları üzrə daxilolmalarla xaricolmaların fərqi isə 70% artaraq 830.5 milyon dollar olub. AMB cari əməliyyatlar hesabının profisit proqnozunu yüksəldərək 2026-cı il üçün 8.5 milyard dollar (ÜDM-in 10%-indən çox) müəyyən edib.

Sentyabrın sonuna bank sektorunun struktur likvidlik profisiti ötən ilin sonu ilə müqayisədə 2.2 dəfə artaraq 6.2 milyard manata çatıb. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarına üstünlük verir.

Faiz dəhlizinin parametrləri üzrə növbəti qərar 2026-cı il dekabrın 23-də açıqlanacaq.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!