Husilər Səudiyyə Ərəbistanına hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Husilər Səudiyyə Ərəbistanına hücum etdi

Dünya

29 Oktyabr 2026 10:48 94


Yəməndəki "Ənsərullah" hərəkatı Səudiyyə Ərəbistanının ən mühüm enerji infrastrukturlarından biri olan Ras-Tanura neft klasterinə hava hücumu təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, həyata keçirilən hərbi əməliyyat zamanı yüksək strateji əhəmiyyətə malik obyektlər hədəfə alınıb.

Yayımlanan peyk görüntülərinin təhlili nəticəsində kompleks daxilində yerləşən hava soyuducularının, xam neftin ilkin emalı qurğusunun (CDU) və əsas boru kəmərlərinin zədələndiyi ortaya çıxıb. pizza mizza

Strateji baxımdan böyük çəkiyə malik olan bu neft emalı kompleksinə vurulan zərbələrin hədəfə dəqiq çatdığı və neft hasilatı infrastrukturuna ciddi ziyan vurduğu vurğulanır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!