"Səbail"-"Zirə" matçında baş hakim Səbuhi Bayramov ciddi qayda pozuntusu törədib.
“Yeni Sabah” xəbər verir ki, meydan sahiblərinin kamerunlu yarımmüdafiəçisi Samuel Nonqoha oyun ərzində 2 dəfə sarı vərəqə göstərilsə də, baş hakim qırmızı vərəqə çıxarmayıb.
Matçın 4-cü hakimi S.Bayramovu yanına çağıraraq ona xəbərdarlıq edib, lakin yenə də Nonqoha qırmızı vərəqə ilə meydandan qovulmayıb. Pepperoni pizza
"Səbail" rəhbərliyi futbolçunu dərhal başqa oyunçu ilə əvəzləyib, nəticədə komanda bütün qarşılaşmanı 11 nəfərlik heyətlə başa vurub.
Futbol reqlamentlərinə əsasən, hakim texniki səhvə yol verdiyi üçün bu matçın nəticəsinin ləğv edilərək yenidən keçirilməsi məsələsi gündəmə gəlib.
Nazim Hacıyev
Telegram kanalımız