Fransa küçələrindəki hadisələr ölkəyə baha başa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Fransa küçələrindəki hadisələr ölkəyə baha başa gəldi

Dünya

29 Oktyabr 2026 09:16 70


Fransada keçirilən etiraz aksiyaları zamanı mağazalara, ictimai binalara və digər obyektlərə ciddi ziyan dəyib. Hadisələrin ölkəyə vurduğu ümumi zərərin 1,1 milyard avroya çatacağı ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, Fransanın İctimai İdarəetmə və Siyasət Araşdırmaları Fondu “Sarı jiletlilər” hərəkatının oktyabrın 17-18-də keçirilən aksiyaları zamanı baş verən zorakılıq və talan hadisələrinin vurduğu zərəri hesablayıb. Fondun rəsmi saytında yayılan məlumata görə, ümumi zərərin təxminən 1,1 milyard avro olacağı gözlənilir. Bu məbləğin böyük hissəsi iş yerlərinə dəyən zərərlə bağlıdır. Limoges şəhərində yandırılan bələdiyyə binası kimi dövlət əmlakına dəyən ziyan da hesablamaya daxil edilib.

Zərərin təxminən 910 milyon avrosu birbaşa maddi itkilərin, 190 milyon avrosu isə işlərin dayanması və ya fəaliyyətin azalması nəticəsində yaranan gəlir itkisinin payına düşür. Marqarita pizza

Sığorta şirkətləri hesab edir ki, oktyabrın 17-18-də baş verən hadisələrin yaratdığı zərər 2023-cü ildə 17 yaşlı Nahel Merzukun polis gülləsi ilə öldürülməsindən sonra 11 gecə davam edən iğtişaşların vurduğu zərəri də ötəcək. Gözləntilərə görə, ümumi məbləğin təxminən 800 milyon avrosunu sığorta şirkətləri ödəyəcək. Qalan 300 milyon avroya yaxın zərərin isə yerli idarəetmə orqanlarının, sahibkarların və vətəndaşların üzərinə düşəcəyi bildirilir.

Qeyd edək ki, “Sarı jiletlilər” hərəkatının üzvləri bahalaşmaya və yanacağın qiymətinin yüksək olmasına etiraz olaraq oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində küçələrə çıxıblar. Aksiyalar oktyabrın 18-də və 24-də də davam edib. Etirazlar zamanı Fransada 2500-dən çox iş yerinə ziyan dəyib. Xüsusilə oktyabrın 17-də baş verən hadisələr zamanı 1161 mağaza talan və yandırılma nəticəsində ciddi zərər görüb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!