2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) oktyabr ayı üzrə “İxrac icmalı”nda bildirilib.
Qeyd edək ki, hesablamalara qeyri-monetar qızıl daxil edilməyib. Toyuqlu pizza
Təkcə sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 372,8 milyon dollar olub. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 50,2 faiz artım deməkdir. Hesabat dövründə yeyinti məhsullarının ixracı 78,8 milyon dollar təşkil edərək 17,2 faiz, qeyri-yeyinti məhsullarının ixracı isə 267,5 milyon dollar olmaqla 47,8 faiz artıb.
Yanvar-sentyabr aylarında ixracı ən çox artan məhsullar arasında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları xüsusi yer tutub. Bu məhsulların ixracı 2,4 dəfə artaraq 136,8 faiz yüksəlib. Alüminium və ondan hazırlanan məmulatların ixracında 41 faiz, qara metallardan hazırlanan məmulatlarda 32,2 faiz, bitki və heyvan mənşəli piylər və yağlarda 31,6 faiz, mis və ondan hazırlanan məmulatlarda isə 21,7 faiz artım qeydə alınıb.
Eyni zamanda, pambıq ixracı 16,6 faiz, qəhvə və çay 13 faiz, yeməli meyvələr 12,5 faiz, tərəvəzlər 9,4 faiz, qara metallar isə 8,5 faiz artıb.
Aqrar və aqrar-sənaye sektoru üzrə ixrac göstəriciləri də yüksəlib. Belə ki, yanvar-sentyabr aylarında aqrar məhsulların ixracı 16,5 faiz artaraq 776,8 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 28,6 faiz artaraq 299,7 milyon dollara çatıb. Bu iki sahə üzrə ümumi ixrac 1,08 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.
Hesabat dövründə qeyri-monetar qızıl istisna olmaqla, ən çox ixrac edilən mallar arasında 313,1 milyon dollarla qızıl, 213,5 milyon dollarla mis filizləri və konsentratları, 172,3 milyon dollarla tomat yer alıb.
Sentyabr ayında isə qızıl ixracı 41,9 milyon dollar, mis filizləri və konsentratlarının ixracı 29,8 milyon dollar, mineral və ya kimyəvi azot gübrələrinin ixracı 21,6 milyon dollar təşkil edib.
Azərbaycanın əsas ixrac tərəfdaşları sırasında Rusiya 881,4 milyon dollarla ilk sırada qərarlaşıb. Türkiyəyə 475,2 milyon dollar, Gürcüstana 443 milyon dollar, İsveçrəyə 327,9 milyon dollar, Ukraynaya isə 121,2 milyon dollar dəyərində məhsul ixrac edilib.
Aytac Əliyeva
Telegram kanalımız