UEFA və "France Football" jurnalının ortaq təşəbbüsü ilə keçirilən və "Qızıl top" qalibləri arasından tarixin ən yaxşısını müəyyənləşdirən B.O.A.T. (Best Of All Time - Tarixin ən yaxşısı) mükafatının qalibi Kriştiano Ronaldo olub.
“Yeni Sabah” xəbər verir ki, internet üzərindən keçirilən səsvermənin nəticəsində portuqaliyalı ulduz əzəli rəqibi Lionel Messi də daxil olmaqla futbol tarixinin bütün əfsanələrini geridə qoyaraq birinci yeri tutub.
Yohan Kroyff, Marko van Basten, Mişel Platini, braziliyalı Ronaldo və Frans Bekenbauer kimi böyük əfsanələrin yer aldığı 10 namizədli siyahıda azarkeşlər məhz Ronaldonun "Mançester Yunayted" forması altında keçirdiyi 2008-ci ildəki fantastik mövsümünü zirvəyə layiq görüblər. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız