Azərbaycanda insanları ən çox öldürən xəstəlik bu imiş... -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda insanları ən çox öldürən xəstəlik bu imiş... - RƏSMİ

Sosial

18 Sentyabr 2026 11:20 233


2025-ci ildə Azərbaycanda 59 834 nəfər dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə ölkədə ölüm hallarının sayı 58 909 nəfər olub. Beləliklə, bir il ərzində ölənlərin sayı 925 nəfər artıb. pizza sifarişi

2025-ci ildə ölüm hallarının əsas səbəbləri arasında:

Qan dövranı sistemi xəstəlikləri – 33 555 nəfər;

Yenitörəmələr (xərçəng xəstəlikləri) – 10 102 nəfər;

Xarici səbəblərin təsiri – 2 594 nəfər;

Tənəffüs orqanlarının xəstəlikləri – 1 519 nəfər;

Həzm orqanlarının xəstəlikləri – 2 036 nəfər;

Sidik-cinsiyyət sistemi xəstəlikləri – 1 137 nəfər təşkil edib.

Ümumilikdə, 2025-ci ildə ölüm hallarının sayı 2010-cu illə müqayisədə də artıb. Belə ki, 2010-cu ildə ölkədə 53 580 nəfərin öldüyü qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!