Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ölkə üzrə məşğul əhalinin ümumi sayı 5 milyon 105,2 min nəfər təşkil edib.
Məşğul şəxslərin təhsil göstəricilərinə nəzər saldıqda ən böyük payın 3 milyon 9,2 min nəfərlə tam orta təhsilli vətəndaşlara aid olduğu görünür. Ali təhsilli məşğul şəxslərin sayı 889,7 min nəfər, orta ixtisas təhsillilər 562,6 min nəfər, ümumi orta təhsillilər 301,7 min nəfər, peşə təhsillilər isə 297,7 min nəfər təşkil edib. Sezar pizza
Bununla yanaşı, məşğul əhali arasında ibtidai təhsilli olanların sayısı 42,5 min nəfər, heç bir təhsili olmayanların sayı isə 1,8 min nəfər olaraq qeydə alınıb.
Cəlalə
Telegram kanalımız