Azərbaycanda koronavirusdan 3 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 3 nəfər öldü

Sosial

18 Oktyabr 2022 16:39 799


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib. Pepperoni pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!