Azərbaycanda koronavirusdan 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 4 nəfər öldü

Sosial

06 Yanvar 2023 17:45 680


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 291 nəfər müalicə olunaraq sağalıb, 10 013 nəfər vəfat edib, aktiv xəstə sayı 379 nəfərdir. pizza mizza

Ölkədə son sutka ərzində 2 794, hazırkı dövrədək isə 7 439 300 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!