Azərbaycanda koronavirusla bağlı son statistika - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı son statistika - Foto

Sosial

09 İyun 2023 20:55 620


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir. Dominos pizza

Ölkədə son sutka ərzində 472, hazırkı dövrədək isə 7 630 048 test aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!