Azərbaycanda məktəblilərin 5%-i siqaret çəkir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəblilərin 5%-i siqaret çəkir

Sosial

08 Dekabr 2022 17:48 739


Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində danışıb.

S.Babazadə bildirib ki, sorğu 52 rayon üzrə 157 məktəbdə aparılıb: pizza

"Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib".

Onun sözlərinə görə, sorğu zamanı şagirdlərin 5 faizinin siqaret çəkdiyi, qız şagirdlərin isə enerji içkilərinə daha çox meyl etdiyi müəyyən edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!