“Azərbaycanda qadın boşanandan sonra atası, qardaşı, qonşusu ona ərlik edir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda qadın boşanandan sonra atası, qardaşı, qonşusu ona ərlik edir”

Sosial

03 İyun 2023 11:07 10465


"İndiki gənclərlə keçmiş dövrdəki gənclər arasında fərq çoxdur. Əvvəlki gənclərə söz azadlığı verilmirdi, onların böyüyün qarşısında söz demək ixtiyarı yox idi, amma indiki gənclərə söz azadlığı, seçim haqqı verilir. Artıq zaman o zaman deyil ki, qızını kor-koranə ərə verəsən, oğlunu kiminlə istədin, evləndirəsən. Bəzən deyirlər ki, əvvəllər belə deyildi. Vallah, əvvəllər də xəyanət var idi, sadəcə əvvəllər telefon və sosial şəbəkə yox idi ki, bunları çəkib paylaşasan, ictimailəşdirəsən..." 

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. İndiki gənclərin tez-tez boşanması barədə gedən müzakirələrdən danışan psixoloq zamanın tələblərinin dəyişdiyini xatırladıb: 

"Əvvəllər kişilər iki qadın "alırdılar", bir evdə iki xanım olurdu, onlar günü adlanırdı. Amma çox nadirən indi belə şeylərə rast gəlmək olar, çünki indiki zamanın qadınları özlərinə hörmət edirlər. Bu gün bir qadın boşanırsa, inanın, onu qınamaq günahdır, olmaz. Boşanmaq bir mədəniyyətdir, hansı ki, o mədəniyyət Azərbaycanda yoxdur. Dominos pizza

Azərbaycanda qadın boşanmasa, bir əri olur, lakin boşandıqda, ata, qardaş, dayı, qonşu sənə ərlik etməyə çalışır, o qədər səni aşağılayırlar ki, qadağalar qoyurlar ki, düşünürsən ki, kaş boşanmasaydım, şiddətə dözsəydim, amma bu qədər adam həyatıma qarışmasaydı. Boşanan qadını belə peşman edirik. Bəzən deyirlər Avropada ailələr xoşbəxtdir. Bilirsiniz niyə? Çünki orada qadın 5-6 dəfə boşanıb ailə quranda ona əxlaqsız kimi baxmırlar. Amma Azərbaycanda bir müddət əvvəl həkim ikinci dəfə ailə qurub oynadı deyə sosial şəbəkələrdə onu yıxıb-sürüdülər. Halbuki o, qanuni yolla ikinci dəfə ailə qururdu. Həmin qadın ailə qurmayıb tez-tez partnyorlarını dəyişsəydi, altdan-altdan, gizlin şəkildə bunu etsəydi, insanlar xəbər tutmayıb ona pis baxmayacaqdı".

G.Orucova qeyd edib ki, boşanmaq bir mədəniyyətdir:

"Mən boşanma bir mədəniyyətdir deyəndə bəzən sosial mediada şərhlərdə məni tənqid atəşinə tuturlar. Amma bu sözü deməyimin səbəbi var. Boşanırsan, uşaqların şiddəti görmür, hər gün evində mübahisə olmur, əsəblərin pozulmur. Boşanmaq mədəniyyət olsa da, bu hər kəs tərəfindən normal qəbul olunmur. Bizdə bəzən cütlüklər boşanır, ana sonradan həyatını yenidən qurmaq istəyəndə keçmiş əri gəlib onu övladlarının gözü qarşısında vurub öldürür. Kişilər başa düşmür ki, boşanmısansa, artıq o sənin xanımın deyil, sənin onu öldürməyə haqqın yoxdur. Ümumiyyətlə, mənə görə heç kimin kimisə hər hansı hərəkətinə görə öldürməyə haqqı yoxdur, çünki hərə özünə cavabdehdir. Həyatı insanlara Tanrı verib. Əgər cütlüklər boşanıbsa, anlamalıdırlar ki, qarşı tərəfin ikinci həyatı ola bilər. 

Cəmiyyət nə qədər ki, boşanmış qadının 2-3-cü dəfə ailə qurmasına pis baxacaq, onu əxlaqsız adlandıracaq, kişilərdən asılı qalan qadınlar da çox olacaq. Qadınlar bilsə ki, boşandıqdan sonra yenidən ailə qura, xoşbəxt ola biləcək, onu incidən kişinin yanında məcburən qalmaz.

Elə modelin döyülməsi hadisəsini də buna misal çəkmək olar, qadın başa düşəndə ki, bunları özü əldə edə bilməyəcək, bu zaman zülmə məruz qalanda dözə bilir, düşünür ki, qarşımdakı məni filan şeylərlə təmin edə bilir".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!