“Facebook” səhifələrinin birində vaxtilə Azərbaycanda terror aktı törətmə təşəbbüsündə olmuş və buna görə cəzalanmış şəxs barədə post müzakirələr doğurub. Əcnəbi olsa da, hazırda Azərbaycan vətəndaşı olan həmin adam hazırda cəza müddətini başa vurub, sərbəstdir.
Onunla bağlı müzakirələrdə belə bir sual verilib: ərəb mənşəli bu şəxs Azərbaycanda qala bilərmi, yoxsa deportasiya olunmalıdır?
Mövzu barədə danışan hüquqşünas Əkrəm Həsənov Yenisabah.az-a açıqlamasında bildirib ki, cinayətə cəhd Azərbaycanda baş verdiyindən o, Azərbaycan qanunları ilə mühakimə olunub: pizza mizza
“Hətta xarici vətəndaşdırsa belə. Amma cəzasını çəkib qurtarmış xarici vətəndaşa olan münasibət cəza çəkməmiş, məsuliyyətə cəlb edilməmiş digər xarici vətəndaşlarla eyni statusdadır.
Azərbaycana gəlmiş xarici vətəndaşlar 90 gün müddətinə ölkədə qalmaq ixtiyarına sahibdirlər. Ölkədə bu müddətdən çox qalırsa, qeydiyyatda olmalıdır. Əks halda, ölkəni tərk etməlidir.
Eyni yanaşma əvvəllər məhbus olmuş xarici vətəndaşlara da şamildir. Cəzasını çəkib qurtardısa, Azərbaycanda qalmaq hüququ yoxdur. Əgər qayıtmalı olduğu ölkəyə qayıda bilmirsə, digər prosedur qaydası var. Məsələn, Azərbaycanda quru sərhədlər bağlıdır. Yəni bu problemi Azərbaycan dövləti həll etməlidir. Təyyarə ilə, dövlət hesabına ölkəsinə göndərilməlidir. Yaxud beynəlxalq təşkilatlara müraciət edilə bilər.
BMT-nin Qaçqınlar və məcburi köçkünlər üzrə Ali Komissarlığı var. O, vətəndaşa hansısa status verilə, ya da onu başqa bir ölkəyə çıxarıla bilər.
Ola bilər ki, həmin ölkə ilə heç bir əlaqəmiz yoxdursa, məsələn, şəxs Ermənistan vətəndaşıdırsa və Ermənistan dövləti bu şəxsi qəbul etmək istəmirsə, bu halda da beynəlxalq təşkilatlara müraciət olunur.
Əgər hansısa xarici vətəndaş öz ölkəsində cinayət törədibsə və həmin ölkə şəxsin ekstradisiyasını tələb edirsə, təhvil verməliyik. Ancaq həmin ölkə ilə qarşılıqlı ekstradisiya müqaviləmiz olmalıdır.
Üstəlik, əgər şəxsin öz ölkəsində törətdiyi əməl Azərbaycanda cinayət hesab olunursa, o zaman müəyyən hallarda ölkəmizdə də məsuliyyətə cəlb oluna bilər”.
Nəzrin Cavadzadə
Telegram kanalımız