Azərbaycanda yeni vəzifə yaradılır - Məmurlara nəzarət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni vəzifə yaradılır - Məmurlara nəzarət

Sosial

23 Dekabr 2022 14:41 46135


Azərbaycanda yeni vəzifə təsis edilir.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub. pizza hut

Qanun layihəsi yuxarıda qeyd olunanlara uyğun hazırlanıb. Layihədə etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə, müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur. Məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Mənə. Elə. Gəlir ki birinci növbədə məmurda ailədən. Gələn Vicdan nəzarəti olmalıdır. O. Yoxdursa HEÇ BİR tədbirin faydası OLMAYACAQ. Niyə Gürcüstanda belə hallar yoxdur? Çünki SAAKAŞVİLİ DÖNƏMİNDƏ BUNUN ƏSASI QOYULDU. XALQ DA BU YOLLA FƏALİYYƏTİNİ DAVAM ETDİRİR.
    3 years ago
  • RAHİM
    Mən NAXÇIVANA YENİ. TƏYİN OLUNAN MƏMURA BAXANDA ONUN NÜFUZLU MƏMUR OLACAĞINA İNAMIM GƏLMƏDİ. HİSS ETDİM Kİ O DA ÜMÜDLƏRİ DOĞRULTMAYACAQ.
    3 years ago