Azərbaycandan böyük uğur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan böyük uğur

İqtisadiyyat

08 Oktyabr 2026 12:35 53


Mərkəzi Sinqapurda yerləşən beynəlxalq “Chandler Governance Group” təşkilatının dərc etdiyi 2026-cı ilə dair “Chandler Yaxşı İdarəetmə İndeksi” (CGGI 2026) hesabatında Azərbaycan yüksək göstəricilərə imza atıb.

“Yeni Sabah” xəbər verir ki, ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan “Maliyyə idarəçiliyi” üzrə 133 ölkə arasında yalnız Sinqapur və Norveçdən geri qalaraq fəxri 3-cü yeri tutub.

Hesabata əsasən, Azərbaycan “büdcə profisiti” indikatoru üzrə dünyada 1-ci, “dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı, “dövlət borcu” üzrə isə 26-cı pillədə qərarlaşıb. Beynəlxalq təşkilat vurğulayıb ki, Azərbaycandakı səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşların rifahı və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtidir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!