Bakıda məktəbdəki vəziyyət parlamentdə   gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəbdəki vəziyyət parlamentdə gündəm oldu

Sosial

23 Oktyabr 2026 11:18 106


Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa Bakı məktəblərindəki şagird sıxlığı və bunun yaratdığı tədris problemləri məsələsini qaldırıb.

"Yeni Sabah" xəbər verir ki,  millət vəkili xüsusilə Paytaxtdakı 192 saylı məktəbdəki vəziyyəti nümunə göstərərək bildirib ki, cəmi 850 şagird yeri olan bu təhsil müəssisəsində hazırda 2551 uşaq təhsil alır.

Deputatın sözlərinə görə, şagird sayının nəzərdə tutulan tutumdan dəfələrlə çox olması həm psixoloji gərginlik yaradır, həm də müəllimlərin hər bir uşaqla fərdi məşğul olmasını ciddi şəkildə çətinləşdirir. Sezar pizza

F.Mustafa məktəbin idman zalının cəmi 25 kvadratmetr olduğunu diqqətə çatdıraraq belə bir məhdud sahədə normal idman dərslərinin keçirilməsinin imkansızlığını vurğulayıb.

Bakıda bu cür problemlərlə üzləşən başqa məktəblərin də olduğunu qeyd edən deputat məsələnin operativ və az məsrəflə həlli yolunu təklif edib. O bildirib ki, məktəblərin həyətyanı ərazisində imkan olduqda modul tipli əlavə sinif otaqları tikilməlidir. 

Deputatın fikrincə, bu üsul sıxlığı azaltmağa, eləcə də dərs saatları və növbəliliklə bağlı yaranan çətinlikləri yüngülləşdirməyə imkan verər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!