“Heç kimin dininə qarşı deyilik” –   Zahid Orucdan MESAJ

saytların hazırlanması

Evə çatdırılma

“Heç kimin dininə qarşı deyilik” – Zahid Orucdan MESAJ

Siyasət

23 Oktyabr 2026 11:34 116


Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc Azərbaycanın dövlət quruluşu, milli kimliyi və dünyəvilik prinsipləri barədə mühüm fikirlər səsləndirib.

"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycan xalqının tarix boyu əsas milli ideyası öz etnik kimliyini qorumaq və müstəqil dövlət qurmaqdan ibarət olub. O, Azərbaycanı yalnız müxtəlif imperiyalar arasında hüquqsuz vəziyyətdə yaşamış toplum kimi təqdim etməyin xalqın zəngin tarixinə və dövlətçilik ənənələrinə kölgə salmaq anlamına gəldiyini diqqətə çatdırıb.

Zahid Oruc vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ölkənin konstitusion modelini qonşu dövlətlərin təcrübəsini olduğu kimi təkrarlamadan müəyyənləşdirib və Azərbaycanın dövlət quruluşunun formalaşmasında müstəsna rol oynayıb. Ulu Öndərin azərbaycanlı kimliyini ön plana çıxaran siyasi xətti ölkədə müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid dövlət ideologiyası ətrafında sıx birləşdirib. pizza mizza

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin də milli birliyin və dövlətçilik gücünün bariz göstəricisi olduğunu söyləyən deputatın fikrincə, Qarabağ zəfəri Azərbaycanın təkcə hərbi qüdrətini deyil, həm də milli dövlət quruluşunun sarsılmazlığını nümayiş etdirib.

Zahid Oruc Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumağın heç bir xalqın dininə və ya məzhəbinə qarşı olmaq demək olmadığını vurğulayıb. O qeyd edib ki, insanların inancı fərqli ola bilsə də, hamının bir ortaq vətəni və bir qalib dövləti var – Azərbaycan.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!