Ermənistana QƏTİ XƏBƏRDARLIQ: “Onlara güvənməyin nəticəsi olmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana QƏTİ XƏBƏRDARLIQ: “Onlara güvənməyin nəticəsi olmayacaq“

Siyasət

23 Oktyabr 2026 11:28 96


Milli Məclisin iclasında çıxış edən deputat Kamal Cəfərov Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı vacib məqamlara toxunub.

"Yeni Sabah" xəbər verir ki, millət vəkili bildirib ki, sülh ciddi məsələdir və hansısa daxili siyasi kampaniyanın mövzusu ola bilməz.

Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi bəyanatlar mütləq konkret addımlarla müşayiət olunmalıdır. Sülh prosesini daxili siyasi təqvimə uyğunlaşdırmaq və müxtəlif bəhanələrlə uzatmaq cəhdlərinin heç bir nəticə verməyəcəyi vurğulanıb. Dördpendirli pizza

K.Cəfərov qeyd edib ki, Azərbaycan bölgədə sülh təşəbbüsünü ilk irəli sürən tərəf olub, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. O, bu tarixi nailiyyətlərdə və sülh gündəliyinin formalaşmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

Deputat Ermənistan rəhbərliyini kənar geosiyasi maraqlara əsaslanan yanaşmalardan çəkinməyə çağırıb. O bildirib ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları hüquqi müstəvidə aradan qaldırılmalı, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də tam aydınlıq gətirilməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!