“Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”   - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var” - Baş nazir

Sosial

15 Mart 2022 17:12 457


 

Baş nazir:

“Biz daha çox Rusiyadan taxıl idxal edirik”. pizza

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb:

“Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.

Baş nazir deyib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:

“Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!