Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu - VİDEO

Dünya

22 Noyabr 2026 22:41 60


Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənov və erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə maraq doğurub.

"Yeni Sabah" xəbər verir ki, eyni klinikada çalışan iki həkim müxtəlif vaxtlarda birgə foto və videolarını paylaşaraq izləyicilərin diqqətini çəkirlər. Onların münasibəti bəzən tənqid və qınaqla qarşılaşsa da, bu, dostluqlarına mane olmur.

Birgə paylaşımlarında Azərbaycan və Ermənistan xalqları arasında mübahisə mövzusu olan məsələlərə də yumorla yanaşırlar. Məsələn, dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşırlar. Elektronika məhsulları

Həkimlərin əsas arzusu isə iki xalq arasında münasibətlərin normallaşması, gələcəkdə fikir ayrılıqlarının yalnız dolma kimi mövzular ətrafında olmasıdır.

Onların dostluğu sülhün yalnız siyasi razılaşmalarla deyil, insanlar arasında qarşılıqlı hörmət və ünsiyyətlə də möhkəmlənməsinin mümkünlüyünü göstərən nümunələrdən biridir.

Ətraflı İTV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!