Rusiyanın Ukraynanın Kiyev vilayətinə dron hücumu nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, 14 nəfərlə əlaqə kəsilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Kiyev vilayətinin Dımer qəsəbəsində baş verib. ShopByBro
Zelenski bildirib ki, xilasedicilər dağılan binadan 9 nəfəri təxliyə edib, baş verən yanğın lokallaşdırılıb.
“Lakin təəssüf ki, dağıntılar altında hələ də insanlar ola bilər. 14 nəfərlə əlaqə yaratmaq mümkün deyil”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
O qeyd edib ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir və bütün zəruri xidmətlər əraziyə cəlb olunub.
Zelenski, həmçinin Rusiyanın Zaporojyedə yaşayış binalarına idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbələr nəticəsində bir uşağın yaralandığını açıqlayıb./APA
Telegram kanalımız