Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşərək partladı

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşərək partladı

Dünya

22 Noyabr 2026 21:19 50


Qanun pozuntusu edən iki neft tankeri Qənəm adasının şimalında və Hörmüzün şərqində dəniz minalarına çırpıldıqdan sonra partlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə çalışıb. Tankerlərdən birinin 2 milyondan çox barel xam neft daşıyan supertanker olduğu və partlayışdan sonra batdığı bildirilir. İnternetdən sifariş

Tankerlərin adları, bayraqları və ekipajın vəziyyəti barədə məlumat verilməyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!